FED.az TENDER xəbər verir ki, Qax Rayon İcra Hakimiyyəti Qax şəhərində 48 mənzilli yaşayış binasının tikintisinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
Lot-1.Qax şəhərində 48 mənzilli yaşayış binasının tikintisinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Qax şəhəri, Azərbaycan prospekti 32 nömrəli (əlaqələndirici şəxs- Elbrus Tağıyevdən , telefon- 0242553392) ünvandan ala bilərlər.
İştirak haqqı 200 manatdır.
H/h-AZ 20 İİB 32051019447100201171
VÖEN- 4300015071
Bank-“Kapital Bank”ın Qax filialı
Kod- 200714
VÖEN- 9900003611
M/h- AZ 37 NABZ 01350100000000001944
S.W.İ.F.T- AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;
-iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
-iddiaçıların işlərin yerinə yetirilməsi üçün potensial imkanları haqqında məlumatı.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 aprel 2019-cu il saat 18.00 -a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18 aprel 2019-cu il saat 18.00-a qədər Qax şəhəri, Azərbaycan prospekti 32 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 19 aprel 2019-cu il saat 11.00-da Qax şəhəri, Azərbaycan prospekti 32 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
İcra Hakimiyyətinin bina tikintisi üçün – TENDER ELANI
11:14
28 Fev 2019