Şəki Şəhər İcra Hakimiyyəti çoxmənzilli ictimai yaşayış binalarının bloklarının (mənzil fondu) əsaslı təmiri işlərinin satınalınması üzrə tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, 322914 manatlıq tenderin qalibi "DİNAR" firmasıdır.
Qeyd edək ki, tenderlə daxili divar və tavan səthindən köhnə rəngin qaşınması, taxta qapı bloklarının sökülməsi, daxili divarlardan yararsız suvaq qatının sökülməsi, qapı qıfıllarının salınması, plastik pəncərə bloklarının quraşdırılması və s. işlər görüləcək.