Gəncə şəhəri İcra Hakimiyyəti tenderinin qalibi ilə yarım milyon manatlıq müqvilə bağlayıb.
FED.az xəbər verir ki, icra hakimiyyətinin tenderini "Bakı Otis Lift" QSC şirkəti qazanıb. Şirkətlə “Gəncə şəhəri üzrə 8 ədəd istismara yararsız lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi işləri” tenderi üzrə 504 min 554 manat məbləğində müqavilə bağlayıb.