Sumqayıt Şəhər İcra Hakimiyyəti "İstehsalat nəqliyyatı vasitələri" (311250) maddəsi üzrə məişət tullantıları daşınması üçün EVRO-5 tipli xüsusi təyinatlı texnika, mühərrik dizel tipli və mühərrikin gücü - 7330 kub metr, qabariti - (15+1) kub metr həcmli xüsusi təyinatlı texnikanın satın alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Caspian-Az Lizinq" MMC olub.
Qalib şirkətə 358 750 manat ödəniləcək.
"Caspian-Az Lizinq" MMC 2021-ci ildən indiyədək 14 tenderin qalibi seçilib.