Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi açıq tenderə dəvət edir.
Eləcə də bax: Dövlət qurumu 1380 ton arpa və buğda alır - TENDER
FED.az xəbər verir ki, Bakı şəhərinə quru yolu ilə yüklərin daşınması xidmətlərinin və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün broker xidmətlərinin satınalınması üçün tender elan edir.
Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı (manat)
Lot 1 – 500 (beş yüz) manat
Tender təklifləri, eləcə də bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Malgöndərənlər (podratçılar) səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 24.08.2020 16:00 tarixinə qədər, tender təklifi ilə bank təminatı sənədlərini isə 31.08.2020 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 31.08.2020 17:10 tarixində PORTAL VASİTƏSİLƏ açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.