Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2021-ci il üçün Göygöl şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması məqsədilə açıq tender elan edir.
Kənd Təsərrüfatı Nazirliyi - Kotirovka Sorğusu Keçirir
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, eləcə də digər xərcləri nəzərə almalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar tender üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
LOT- 1000 (bir min ) manat
Təşkilat: GÖYGÖL RAYON İHB-nin Göygöl Şəhər İƏD üzrə Nümayəndəliyi
HESAB: AZ93CTRE00000000000002511232
VÖEN: 7600050571
BANK: DÖVLƏT XƏZİNƏDARLIĞI AGENTLİYİ
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
S.W.I.F.T. CTREAZ22
Əlaqələndirici şəxs: Allahverdiyeva Fəridə Mail qızı, tel:(+99422) 205-23-69
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- maliyyə vəziyyəti haqqında bank arayışı;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- nizamnamə;
- qeydiyyatdan keçdiyi ölkə;
- rekvizitlər;
- Azərbaycan Respublikası Statistika Komitəsindən mikro, kiçik və ya orta sahibkarlıq subyektləri olduğunu təsdiq edən arayış;
- işçi qüvvəsi haqqında arayış (Əsas işçi heyətinin təcrübəsi minimum 5 il olmalıdır);
- maşın və avadanlıqlar haqqında arayış (Asfalt işləri üçün istifadə olunan xüsusi təyinatlı texnikaların olması);
- oxşar işlər üzrə təcrübəsinin olması barədə məlumatlar (Son 3 ildə oxşar işləri əhatə edən ən azı iki müqavilə haqqında məlumat);
- lisenziya (Nəzərdə tutulan iş və xidmətlərin yerinə yetirilməsi üzrə);
- inşaat sahəsinə asflatın gətirilməsi üçün , yaxınlığında yerləşən asfalt istehsal edən zavodun mövcudluğu barəsində rəsmi arayış (blankda);
- tövsiyə məktubları (referens) - iddiaçı tərəfindən oxşar işlərin təhvil verilmiş olduğu ən azı 3 (üç) müştəridən tövsiyə məktubu (referens);
- tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı (müqavilə dəyəri 100 min ABŞ dollarının manat ekvivalentindən yüksək olarsa, müqavilə dəyərinin 5 faizi həcmində təminat tələb olunacaqdır).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16.06.2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini 24.06.2021-ci il saat 12:00-a qədər Portal vasitəsilə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri 25.06.2021-ci il saat 12:00-da elektron Portal vasitəsilə açılacaqdır.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.