Xaçmaz Rayon İcra Hakimiyyəti tender elan edir.
Eləcə də bax: İcra hakimiyyəti yolların təmiri üçün - 2 MİLYON MANAT XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, icra hakimiyyəti Xaçmazın daxili küçələrinin təmiri və yenidən qurulmasının satın alır.
Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar:
Əlaqələndirici şəxs – Şamama Məmmədova.
Ünvan – Xaçmaz şəhəri , H.Z.Tağıyev küçəsi 10.
Əlaqə telefonu – (023) 325 38 39, (023) 325 53 00, faks - (023) 325 32 26
E-mail: [email protected]
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 iyul 2020-ci il saat 10.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 27 iyul 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 28 iyul 2020-ci il saat 11.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında aparılacaqdır.