Qəbələ Rayon İcra Hakimiyyəti “Qəbələ şəhərinin küçə və yollarında əsaslı təmir işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "ATF" MMC olub. Şirkətlə 485 min 134 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2 milyon 169 min 788 manat dəyərindəki “Mingəçevir şəhər küçələrində asfalt örtüyünün əsaslı təmirinin satınalınması” (29.09.2022) tenderini qazanıb.