Tovuz Rayon İcra Hakimiyyəti tədbirlərin təşkili ilə bağlı tenderlərin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "Prodsale" MMC qalib seçilib.
Qalib şirkətə 132 440 manat ödəniləcək.
Tenderdə rayon ərazisində il ərzində anım günləri, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkili nəzərdə tutulur.