Masallı Rayon İcra Hakimiyyəti bir-birinin ardınca 5 tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderlərin qalibi "Uğurlu İnşaat" MMC olub. Belə ki, şirkətlə "Masallı şəhərində abadlaşdırma işləri" tenderi üzrə 13 min 947.6 manat, "Masallı şəhərində yolların təmiri" üzrə tenderi üzrə 19 min 795.44 manat, "İnzibati binanın cari təmiri" tenderi üzrə 14 min 941.16 manat, "Bərk inventarların satınalınması" 15 min 694 manat, "Masallı rayonunda "Şuşa ili" tədbirinin təşkili işlərinin satınalınması" tenderi üzrə isə 19 min 965.6 manat dəyərində müqavilə imzalanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 84 min 343.8 manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən "Sumqayıt şəhər Corat qəsəbəsi Sülh küçəsi Mərkəzi parkın abadlaşdırılması" tenderi üzrə 74 min 194.51 manatlıq sifariş alıb(28.11.2022).