Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil - Kommunal Təsərrüfatı Birliyi parkları abadlaşdırmaq üçün zibil qutuları və oturacaqların satınalınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 14.03.2022-ci il saat 10:00-a kimidir və tenderdə iştirak ödənişi 350 manatdır.
Təşkilati və hüquqi sənədlər:
• Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (mənfəət vergisinin bəyənnaməsi 2020-ci ilin yekunlarına dair) – müvafiq orqan tərəfindən təqdim edilmiş olmaqla əvvəlki il üzrə olmalıdır (yalnız vergi orqanının rəsmi blankında təqdim edilməlidir. Uyğunsuzluq səbəbilə vergi orqanı tərəfindən düzəliş üçün geri qaytarılan lakin Vergi orqanı tərəfindən məqbul hesab edilməyən bəyannamələr tender komissiyası tərəfindən də qəbuı edilməyəcək);
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd - müvafiq orqan tərəfindən təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektronformada əldə olunduğu zaman həmin sənədin notarialtəsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommer-siya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd - çüvafiq orqan tərəfindən təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektronformada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması- pdf formatda portala əlavə edilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Məmmədov. M /Baş mühasib
Əlaqə: [email protected] / 012-538-83-53