Tender 1 lot üzrə keçirilir.
FED.az xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti 2018-ci ildə digər maşın və avadanlıqların satınalınması üçün tender keçirir.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Tenderin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir : - aşağı qiymət, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti (qiymətləndirmə bal sistemi vasitəsi ilə həyata keçiriləcəkdir).
Müqaviləni yerinə yetirmək üçün satınalma prosedurunun iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını Ağcabədi Rayon İcra Hakimiyyətinin hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.
Ağcabədi Rayon İcra Hakimiyyəti
Eləcə də bax : Beynəlxalq Bank - Tender elanı
Eləcə də bax :Aqrolizinq - Kotirovka sorğusu
VÖEN: 3400101701
H/h: AZ 16 CTRE 00000000000002515431
Fond: 7y
Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ 41 NABZ 01360100000000003944
S.W.İ.F.T BİK : CTRE AZ-22
Tender proseduru ilə maraqlananlar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs: Ayaz Şükürov,
tel: 02127-5-52-08.
Ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 124.
Maraqlananlar əsas şərtlər toplusunu yuxarıda göstərilmiş ünvandan ala bilərlər.
Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün 14 may 2018-ci il saat 17.00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender sorğusu prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin bank zəmanəti 2 faiz həcmində zərflər açılan tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son 1 ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
İddiaçılar tələb olunan sənədləri möhürlənmiş zərflərdə 22 may 2018-ci il saat 17.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 124 nömrəli ünvanda yerləşən Ağcabədi Rayon İcra Hakimiyyətinin tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 124 nömrəli ünvanda yerləşən Ağcabədi Rayon İcra Hakimiyyətində 23 may 2018-ci il saat 15.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası