Hacıqabul Rayon İcra Hakimiyyəti 2019-cu il üçün kotirovka sorğusu elan edib.
FED.az TENDER xəbər verir ki, kotirovka sorğusu 2 lot üzrə keçiriləcək.
Lot–1. Hacıqabul şəhərində yaşıllıqların salınması və kommunal sahələrdə müvəqqəti çalışan işçilərə xüsusi geyim və inventarların satınalınması.
Lot–2. Mal-materialların satınalınması.
Təklif zərfləri 14 mart 2019-cu il saat 17.00-dək Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasında əlaqələndirici şəxs – Əhmədov Güləli Peyruz oğlu tərəfindən qəbul edilir.
Təklif zərfləri 15 mart 2019-cu il saat 11.00-da açılacaqdır.
Ünvan – Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 7.
İcra Hakimiyyəti geyim alır - KOTİROVKA SORĞUSU
13:23
11 Mart 2019