Şəki Şəhər İcra Hakimiyyəti 2022-ci il ərzində Şəki şəhərində “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı, “Şəhər Günü”, “ Yaponiya-Azərbaycan Dostluq ili”, “8 Noyabr Zəfər Günü”, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”, “Yeni il” və digər respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərinin keçirilməsi (işıq və səs avadanlıqları) üzrə tender elan edir.
Azərbaycanda bir neçə böyük tədbir keçiriləcək - TENDERLƏR ELAN EDİLDİ
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 27.05.2022-ci il saat 16:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Festival və bayram tədbirləri 5 gün keçiriləcək.
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
sas avadanlıqları |
24 kanallı mikşer Stasionar və distant mikrafonlar 16 ədəd Dinamik kalonkalar 8 ədəd -500 Wat (icarə) |
5 |
gün |
2 |
İşıq avadanlıqları |
Çox kanallı pult Birləşdirici kabellər LED projektorlar soffit 12 ədəd 1000 Wat Yan işıqlanma projektoru 4 ədəd 1000 Wat Fırlanan projektorlar 4 ədəd (icarə) |
5 |
gün |
Təşkilati və hüquqi sənədlər:
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - 05.05.2022-ci il tarixdən sonra alınmalıdır.
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - zəruridir.
Nizamnamə - zəruridir (notariat qaydada təsdiq edilmiş).
Maliyyə vəziyyəti haqqında bank arayış - 05.05.2022-ci il tarixdən sonra alınmalıdır.
Rekvizitlər - zəruridir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - zəruridir.
Qeydiyyatdan keçdiyi ölkə - zəruridir (notariat qaydada təsdiq edilmiş).
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Qalib Abbasov
Əlaqə: 0242443722