Sumqayıt Şəhər İcra Hakimiyyəti konteynerlərlə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanı bərk məişət tullantılarının yığılması üçün dəmir konteynerlərin satın alınması ilə bağlıdır.
Tenderdə iştirak haqqı 250 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 2900054881
Satınalan təşkilatın ünvanı: AZ 5000, Azərbaycan Respublikası, Sumqayıt ş., Azərbaycan prospekti, 9
ÜSL kod (kateqoriya): 98391000-0 İstismar xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 07.03.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.04.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.04.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 14.04.2023 15:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - 30% avans, qalan məbləğ mal təhvil verildikdən sonra
Çatdırılma yeri - Sumqayıt şəhəri,Azərbaycan prospekti 9
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - dekabr 2023
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Rəhimdil Əhmədov - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi
Email: [email protected]
Əlaqə telefonu: 0186551448
KONTEYNERLƏR ÜÇÜN TƏLƏBLƏR: - Konteynerin tutumunun həcmi - 1,1 kub metr və ya 1100 litr; - Konteyner materialının (dəmir) qalınlığı - 2 mm; - Konteynerin təkərləri (əyləcsiz) - 4 ədəd; - Konteynerin təkərlərinin bağlanan ellementi - metalın qalınlığı (Gücləndirici elementlə birlikdə) - 4 mm; - Konteynerin (daxili və xarici hissəsi tam şəkildə) rəngi - tünd boz və parlaq boya; - Konteynerin qaldırıcı elementi və yanları metal (2 mm-lik) ilə xüsusi basqılı; - Konteynerin baş hissələrində 15 mm-lik boru qaynaq edilməli; - Konteynerin alt hissələrində (2 yerdə) su axıdıcı dəliklər olmalı. Sayı 355 ədəd