“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə yeni il bayramı ilə əlaqədar tədbirin keçirilməsinin satın alınması məqsədilə açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini https://www.etender.gov.az/ portalı vasitəsi ilə təqdim edə bilərlər.
İştirakçı haqqı 150 manatdır.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri dekabrın 2-dək təqdim etməlidirlər. İddiaçıların təklifləri dekabrın 11-də açılacaq.
Əlaqələndirici şəxs: Nadir Quliyev (012) 4921175 (128)
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaq.