İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-İstehsalat Bərpa Emalatxanasının keçirdiyi iki tenderin qaliblər açıqlanıb.
Eləcə də bax: Bakının böyük klinikasından - 1,3 MİLYONLUQ MÜQAVİLƏ
FED.az xəbər verir ki, "İçərişəhər" DTMQ ərazisində görüləcək işlərin qalibləri "AQROLAYN QRUP " MMC və "MACHİNERY DEVELOPMENT" MMC şirkətləri olub.
Şirvanşahlar Saray Kompleksinin həyətində istinad divarının (1-ci Qəsr döngəsi 76) bərpası obyekti üzrə nəzərdə tutulmuş tikinti-quraşdırma işləri üçün "AQROLAYN QRUP " MMC ilə 69 min 504 manat;
6-cı Kiçik Qala döngəsi 7 ünvanında yerləşən Şah ovdanın təmiri işləri üçün "MACHİNERY DEVELOPMENT" MMC ilə 12 min 195 manat məbləğində müqavilələr bağlanıb.