“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, tender 1 lot üzrə idarənin balansında olan dövlət əmlakının (daşınar və daşınmaz) qiymətləndirilərək onun nizamnamə fondunda nəzərə alınması məqsədilə qiymətləndirmə işlərinin satın alınması üçün keçirilir.
İddiaçılar tender təkliflərini və bank zəmanətlərini 30 may 2019-cu il saat 17.00- dək tender komissiyasına təqdim etməlidirlər (əlaqələndirici şəxs-Nadir Quliyevdən, telefon-(012) 492-11-75). İddiaçıların təklif zərfləri 31 may 2019-cu il saat 11.00-da Bakı şəhəri, İçərişəhər, Asəf Zeynallı küçəsi 20 nömrəli ünvanda açılacaq.
Tenderdə iştirak haqqı 150 manatdır.