İcbbari Tibbi Sığorta Agentliyi dərman vasitələrinin alınması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tender elanı xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin satın alınmasını əhatə edir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Nəsimi rayonu, Lev Tolstoy küç 170 (Əlaqələndirici şəxs : Səbinə Məmmədova telefon : (+994 12) 310 07 70 (4444)) ünvanından ala bilərlər.
- İştirak haqqı:
- Lot 1 :1500 AZN
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 90 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- Sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış (malgöndərən uçotda olduğu Statistika orqanından alır); 11. Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd- Kommersiya məhkəməsindən və ya Dövlət Vergi Xidmətindən Yüklülük haqqında arayış 12. Tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış 13. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd. Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını (1,500.00 manat) hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanından və ya [email protected] ünvanına müraciət edərək ala bilərlər. Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs. VÖЕN: 1701911851. H/h: AZ52AIIB38090019440013375105. Bank: Kapital Bank ASC Səbail filialı. Bankın VÖЕN-i: 9900003611. Kоd: 200059. M/h: AZ37NABZ01350100000000001944. S.W.I.F.T.BIK –AIIBAZ2X.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 09.01.2023 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17.01.2023 18:00 qədər Nəsimi rayonu, Lev Tolstoy küç 170 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 18.01.2023 17:00 tarixində Nəsimi rayonu, Lev Tolstoy küç 170 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.