İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ -nin Talassemiya bölməsi üçün lazım olan cərrahi alət və spesifik ləvazimatların satın alınması üzrə tenderin qalibini elan edib.
FED.az xəbər verir ki, 299599 manatlıq tenderin qalibi "JBA Group" MMC-dir.
Tenderlə ağız genişləndirici pediatrik (silikonlu, plastmass) N1, ambu seti (PVC böyüklər üçün) N1, tək istifadəlik, steril, həcmi 1.2 l-dən az olmayan, əsnək ön filtrli və daxili filtrlərlə sümük iliyi toplama kiti N1, type 6 Buxar Kimyəvi İndikatoru N250 və s. alınacaq.
Qeyd edək ki, tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.