"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası üzrə məsrəf mallarının satın alınması məqsədilə keçdirdiyi tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Azfar Med" QSC (VÖEN: 1405379621) müəyyən edilib.
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" ilə "Azfar Med" QSC arasında 22 821 000 manat dəyərindəki satınalma müqaviləsi imzalanıb