Malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
KOBİA kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanından (Əlaqələndirici şəxs: Əhmədağa Salayev, telefon: (+99412) 310-07-70 (daxili 2011), e-mail: [email protected]) ala bilərlər.
Tender 1 LOT üzrə keçirilir:
LOT-1. Ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan əsas dərman vasitələri
İştirak haqqı:
LOT-1. 800.00 (səkkiz yüz manat 00 qəpik) manat;
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxs
VÖEN: 1701911851
Hesab: AZ52AIIB38090019440013375105
Bank: Kapital Bank ASC Səbail filialı
Bankın VÖEN-i: 9900003611
Kod: 200059
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
S.W.I.F.T.BIK -AIIBAZ2X
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanı tərəfindən verilmiş arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
- iddiaçının son bir ildəki fəalyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- iddiaçının tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təkliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender iştirakçısının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
- tender iştirakçısının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya “ASAN xidmət” mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib edilməlidir (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Malgöndərənlər tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təkliflərinin açılışına 7 bank günü qalana qədər) 26.05.2021-ci il saat 18:00-a qədər, tender təklifi və tender təklifinin bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 04.06.2021-ci il saat 15:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy, 170 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçının təklifləri 07.06.2021-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında yerləşən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsində açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.