“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölmələrində istifadə üçün nəzərdə tutulan dərman preparatları, reaktiv və tibbi sərflərin satın alınması məqsədilə təkliflər sorğusu elan edir.
Mərkəzi Bank müxtəlif sahələr üzrə kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, təkliflər sorğusu 3 LOT üzrə keçirilir:
LOT-1. “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” üzrə dərman vasitələrinin satın alınması;
LOT-2. Talassemiya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası ilə əlaqədar nəzərdə tutulmuş dərman vasitələri və sərfiyyat mallarının satın alınması;
LOT-3. Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlər üzrə sərfiyyat malları və reaktivlərin satın alınması.
İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 07 may 2021-ci il saat 18:00-dək, qiymət təklifi və təklifin təminatını isə 08 may 2021-ci il saat 13:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (əlaqələndirici şəxs-Anar Rəhimov, telefon: (012) 310-07-70, daxili nömrə: 2022. [email protected]) təqdim etməlidirlər.
İddiaçıların təklifləri 08 may 2021-ci il saat 15:00-da açılacaqdır.