İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi tenderin qalibini elan edib.
Şahdağ Turizm Mərkəzi kotriovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölmələrində istifadə üçün nəzərdə tutulan dərman preparatları, reaktiv və tibbi sərflərin satın alınması məqsədilə keçirilən tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "Spektr Med" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi qalibə 1 milyon 659 min 218 manat ödəyəcək.