İcbari Tibbi Sığorta Agentliyi açıq tender elan edir.
Dövlət agentliyindən "LV Shipping Caspian"a 17 milyonluq sifariş - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tender elanl "Yeni Klinika" Tibb Müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi alətlərin satın alınması ilə bağlıdır. Malgöndərənlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqavilənin icrasını təmin etmək üçün malgöndərənlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən malgöndərənlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanından, həmçinin əlaqələndirici şəxsin elektron poçt ünvanına açıq tender prosedurunda iştirak ilə bağlı ərizə ilə müraciət etməklə və iştirak haqqının ödənilməsi barədə qəbz əlavə edərək şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxs: Anar Rəhimov, telefon: +99412 310-07-70 (daxili: 2022), (e-mail: [email protected]). Tender 1 LOT üzrə keçirilir: LOT-1. "Yeni Klinika" Tibb Müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi alətlərin satın alınması İştirak haqqı: 1,500.00 (bir min beş yüz) manat. İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: Teşkilat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs VÖEN: 1701911851 Hesab: AZ52AIIB38090019440013375105 Bank: Kapital Bank ASC Səbail filialı Bankın VÖEN-i: 9900003611 Kod: 200059 Müxbir hesabı: AZ37NABZ01350100000000001944 S.W.I.F.T.BIK -AIIBAZ2X İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət. 2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi. 3) Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanından arayış (01.03.2023-cü il tarixdən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır). 4) İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (01.03.2023-cü il tarixdən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır). 5) İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).