İcbari Tibbi Sığorta Agentliyi açıq tender elan edir
Dövlət agentliyindən "Arash Medical"a 266 min manatlıq sifariş - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tender elanı “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün” dərman vasitələrinin satın alınması ilə bağlıdır.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Satınalma predmeti: “İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün” dərman vasitələrinin satın alınması
ÜSL kod (kateqoriya): 85112000-7 Xəstəxana dəstək xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 27.03.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 17.04.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.04.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 28.04.2023 15:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin anbarına (Bakı şəhəri – Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 142 D.)
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 12 ay
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Cavid Əliyev, Koordinator
Email: [email protected]
Əlaqə telefonu:(012) 310 70 07 daxili 2027
İş həcmi ilə tanış olmaq üçün bu linkdən istifadə edə bilərsiniz.