İqtisadi Zonaların İnkişafı Agentliyi “İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Sumqayıt Kimya Sənaye Parkının (167.66, 94.13, 67.32, 3.92 hektar), Pirallahı Sənaye Parkının (30 hektar), Mingəçevir Sənaye Parkının (11.2 hektar), Neftçala Sənaye Məhəlləsinin (10 hektar), Hacıqabul Sənaye Məhəlləsinin (20 hektar), Sabirabad Sənaye Məhəlləsinin (20.3 hektar) və Masallı Sənaye Məhəlləsinin (10 hektar), həmçinin Agentliyin Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 20 ünvanında yerləşən inzibati binasının (axşam saat 18:00-dan səhər saat 09:00-a dək) 2024-cü il üçün əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Kapital Security” QSC olub.
Şirkətlə 714 509 manat məbləğində müqavilə imzalanıb.
Bu müqaviləyə əsasən mühafizə xidməti üzrə bölgü aşağıdaki kimi nəzərdə tutulub :
Sumqayıt Kimya Sənaye Parkı 167.66 hektar, 94.13 hektar və baş ofis üçün 22 nəfər
Sumqayıt şəhəri, Metallurgiya küçəsi 1 ünvanında yerləşən 67.32 hektar və Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 3.92 hektar üçün 10 nəfər
Pirallahı Sənaye Parkı 30 hektar üçün 6 nəfər
Mingəçevir Sənaye Parkı 11.2 hektar üçün 3 nəfər
Neftçala Sənaye Məhəlləsi 10 hektar üçün 3 nəfər
Hacıqabul Sənaye Məhəlləsi 20 hektar üçün 3 nəfər
Sabirabad Sənaye Məhəlləsi 20.3 hektar üçün 3 nəfər
Masallı Sənaye Məhəlləsi 10 hektar üçün 3 nəfər