Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən elan edilmiş texnoloji təhlükəsizlik istiqamətli tender ləğv olunub.
Şuşada 21 milyona 12 bina tikiləcək - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, sözügedən tender sistemlərə giriş-çıxışın nəzarəti sisteminin dəstəklənməsi (PIM/PAM) və bu sistem üzrə əlavə lisenziyaların satın alınmasını nəzərdə tuturdu.
Müsabiqənin ehtimal olunan dəyəri 592.173,42 AZN təşkil edirdi. Tenderin elan tarixi 25.04.2025-ci il, saat 15:26 olaraq qeyd olunmuşdu. Təkliflərin təqdim olunması və zərflərin açılışı üçün son tarix isə 20.05.2025-ci il, saat 17:00 idi.
Tenderin ləğv edilmə səbəbi olaraq bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu, Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" qanununun 36.1.1-ci maddəsinə əsasən həyata keçirilib.
Mərkəzi Bankın bu istiqamətdə növbəti addımlarının nə olacağı ilə bağlı əlavə məlumatların yaxın günlərdə açıqlanması gözlənilir.