İqtisadi Zonaların İnkişafı Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2022-ci il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 2902478331
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37
Müsabiqənin başlama tarixi və vaxtı: 20.07.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 09.08.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 17.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 18.08.2023 12:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının tam adı, təşkilati hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri və ya sistemdən çıxarış;
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış təqdim edilməlidir (Arayış elektron formada əldə olunduğu zaman həmin arayışın notarial qaydada təsdiq olunması mütləqdir. Sənədin əslinin və ya notarial qaydada təsdiq edilmiş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir); Tələb olunan arayışın qeydə alınma tarixi elan verildikdən sonrakı dövrü əhatə etməlidir.
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanına təqdim edilmiş maliyyə hesabatının surəti;
İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
Şirkətin əmək müqaviləsi əsasında çalışan işçi heyəti barədə siyahı üzrə arayış;
İşin tamamlanma vaxtı satınalma müqaviləsi imzalandıqdan sonra 30 bank gününündən gec olmayaraq müəyyən edilməlidir.
“Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının, habelə ödəmə qabiliyyətinin olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması” meyarı üzrə - “Yüklülük barədə” müvafiq vergi orqanından arayış (sənədin vergi orqanları tərəfindən təqdimetmə tarixi bildirişin yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır);
“Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi” meyarı üzrə - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən məhkumluğun olmaması barədə arayışın orijinalı.
Malgöndərənlərin (podratçıların) mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olmaları ilə bağlı məlumat.
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Ruhiyyə İslamova, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: 0125996767