İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin və ehtiyacının qiymətləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması üsullarının müəyyən olunmasına dair ictimai sorğunun keçirilməsi nəzərdə tutulur.
Müsbaiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1403502281
Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40
Müsabiqənin başlama tarixi və vaxtı: 06.09.2023 17:20
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.09.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.10.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 05.10.2023 10:00
Ödəniş şərtləri - Xidmətlər qaimə-faktura təhvil verildikdən sonra 5 iş günü ərzində ödəniş həyata keçiriləcəkdir.
Çatdırılma yeri - Bakı şəhəri, Bülbül prospekti 40 (Fondun ünvanı)
Çatdırılma müddəti - 3 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Tenderdə iştirak etmək üçün ərizə
Nizamnamə
Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış
VÖEN
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr)
İddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olmasını, habelə iş təcrübəsini təsdiq edən sənədlərin surətləri
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış
Bank rekvizitləri
İddiaçının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq dövlət qurumundan arayış
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında müvafiq dövlət qurumundan arayış
İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünə dair meyar göstəricilərini əks edən müvafiq dövlət qurumundan arayış
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Ülvi Xəlilov, Xəzinədarlıq departamenti Risklərin idarə olunması şöbəsinin rəisi
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 441-24-23 (daxili 125), Faks: (+99412) 598-11-77
1. Sorğunun keçirilməsinin məqsədi - əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin, yaşayış sahələrinin və müvafiq maliyyə alətlərinin əlçatanlığının və əhalinin ehtiyaclarına uyğunluğunun qiymətləndirilməsi, yaşayış sahələrinə dair tələbin kəmiyyət və keyfiyyət göstəricilərinin, habelə yaşayış sahələrinin yaxşılaşdırılması ilə bağlı məhdudiyyətlərin araşdırılmasıdır. İctimai sorğunun keçirilməsi zamanı proporsionallığın təmin edilməsi və sorğuların ölkənin bütün ərazilərini əhatə etməsi üçün, ev təsərrüfatlarının seçimində "klaster" seçimi metodundan istifadə edilməsi nəzərdə tutulur. Metoda əsasən sorğu keçirilən şəhərlər müəyyən ərazilərə (klasterlərə) bölünməli və klaster kimi bir seçki dairəsi götürülməlidir. 2. Böyük şəhərlərdə bir klasterdə 15 müsahibə, kiçik şəhərlərdə isə 10 müsahibə keçirilməli və hər bir klasterdə isə təsadüfi addım seçimi metodologiyasından istifadə olunmalıdır. 3. Sorğu Azərbaycan Respublikasının aşağıda adları qeyd olunan ərazilərində ən azı 3000 ev təsərrüfatı arasında keçirilməlidir: № Sorğu keçiriləcək ərazilər Sorğuların sayı 1. Bakı 900 2. Gəncə 300 3. Quba 200 4. Lənkəran 200 5. Mingəçevir 200 6. Yevlax 200 7. Şəki 200 8. Şirvan 200 9. Sumqayıt 300 10. Xırdalan 300 Cəmi 3000 4. Sorğu – respondentlər tərəfindən təqdim edilən anketin suallarının cavablanlandırılması metodu ilə aparılmalıdır. 5. Sorğunun keçirilməsi üzrə xidmətlər aşağıdakı mərhələlərdən ibarətdir: a. Sorğuda istifadə olunacaq suallar toplusunun hazırlanması və Satınalan təşkilat ilə razılaşdırılması - Satınalma müqaviləsinin imzalanmasından etibarən -1 ay müddətində; b. Sorğunun keçirilməsi - Suallar toplusunun razılaşdrılmasından etibarən - 1 ay müddətində; c. Sorğunun nəticələrinin emalı və Satınalan təşkilata təqdim edilməsi - 1 ay müddətində. 6. Sorğunun nəticələrinin emalı başa çatdıqdan sonra 5 iş günü müddətində sorğunun keçirilməsi zamanı respondentlər tərəfindən cavablandırılmış sual anketləri (elektron və əsli) saxlanılmaq üçün Sifarişçiyə təqdim olunmalıdır. 7. Sorğunun nəticələrinə dair Satınalan təşkilata geniş hesabat və təqdimat təqdim edilməlidir. Hesabatda sorğunun keçirilməsi üsulları, qaydası, yeri, nəticələrin emalı metodologiyası haqqında məlumat qeyd olunmalı, sorğuda qeyd olunmuş hər bir sualın icmalı, habelə ayrı-ayrı klasterlər və ümumilikdə sorğuda iştirak etmiş ev təsərrüfatlarının sorğunun predmeti olan məsələ ilə bağlı icmalı qeyd olunmalıdır. |