“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi iri məbəğli tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalibi "Azəri Med" QSC olub.
Tenderdə 5 tibb müəssisəsi üzrə “klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri”nin satınalması nəzərdə tutulur.
Qalib şirkətlə 8 milyon 496 min 116,36 manat dəyərində müqavilə bağlanacaq.
Qeyd edək ki, "Azəri Med" QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F ünvanında yerləşir.