"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi (VÖEN – 1300242201) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti 2026-cı il üzrə “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan tibb vasitələri"nin satın alınmasıdır. Ehtimal olunan qiymət 32 milyon 432 min 378 manat təşkil edir.
Tender 26 dekabr 2025-ci il, saat 17:33-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 13 fevral 2026-cı il, saat 18:00, zərflərin açılışı isə həmin tarixdə, saat 18:00-da keçiriləcək.
İştirak haqqı 4864 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Əhmədağa Salayev - Baş məsləhətçi
[email protected]
+994 12 310 17 70 (3976)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 13 fevral 2026-cı il, saat 18:00-a qədər Bakı şəhər, Xocahəsən şösesi ünvanına təqdim edə bilərlər.











