Güvənlik sektorunda son illərdə müşahidə edilən artım və dəyişikliklər, bir çox şirkətin bu sahəyə marağını artırıb. Nəticədə mühafizə xidmətləri təklif edən şirkətlərin sayı və onlarla bağlı satınalmalar da çoxalıb.
Azərbaycanda mühafizə tenderlərini kimlər udur? – YARISI BİR ŞİRKƏTİNDİR - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC şirkəti bu il 6 tenderin qalibi seçilib. Sözügedən tenderlərin ümumi dəyəri 9 102 627 manat təşkil edir.
Qeyd edək ki, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 41 600 AZN təşkil edir. Qurum dövlətə məxsus rabitə müəssisələrinin mühafizəsini həyaat keçirir. Şirkətin qanuni təmsilçisi Ənvər Yusifov Əmirulla oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri Səbail rayonu, Üzeyir Hacıbəyov, ev 52 ünvanında yerləşir.
Şirkətin sifariş aldığı dövlət qurumları, satınalma predmeti və tenderlərin məbləğləri haqqında daha detallı aşağıdakı cədvəldə :
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Məbləğ |
Tarix |
"Baki Telefon Rabitəsi" MMC |
Mühafizə xidməti |
2 062 939 AZN |
24.07.2024 |
"Aztelekom" MMC |
Mühafizə xidmətləri |
5 294 495 AZN |
23.07.2024 |
"Azerbaijan International Telecom (Azintelecom)" MMC |
Mühafizə xidmətlərinin satın alınması |
522 348 AZN |
12.07.2024 |
Dövlət Radiotezliklər İdarəsi |
Mühafizə xidmətinin satınalması |
351 593 AZN |
23.05.2024 |
Azərbaycan Respublikasinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi |
Mühafizə xidmətlərinin satınalınması |
425 000 AZN |
22.05.2024 |
"İnnovasiya Və Rəqəmsal İnkişaf Agentliyi" PHŞ |
Mühafizə xidmətinin satın alınması |
446 252 AZN |
21.05.2024 |