Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar və Tağaverd kəndlərində 80 fərdi yaşayış evinin (13 600 m²) təmiri ilə bağlı satınalma həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi "Azər İnşaat Quraşdırma Təmir Tikinti" MMC və "Frekans Construction and Energy Company" MMC Konsorsiumu olub. Müqavilənin ümumi dəyəri 4 746 340 manat təşkil edir.
Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə reallaşdırılıb.











