Ağstafa Rayon İcra Hakimiyyəti açıq tenter elan edir.
FED.az xəbər verir ki, elanda aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 3600071061
Satınalan təşkilatın ünvanı: Az-0500, Ağstafa şəhəri, H.Arif küç.3
Müsabiqənin başlama tarixi və vaxtı: 06.09.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 27.09.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.10.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 06.10.2023 15:00
Ödəniş şərtləri - hissə-hissə
Çatdırılma yeri - H.Arif küçəsi 03
Çatdırılma müddəti - 30.12.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; (bəyannamə)
Iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
Iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd (Dövlət Statistika Komitəsi)
- Öz əmlakından sərbəst və məhdudiyətsiz istifadə etmək imkanı habelə ödəmə qabiliyyəti olması müflis elan olunmaması,əmlakı üzərinə həbs qoyulmaması,ödənişə yönəlmiş girovun olmaması,məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd
- Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyəti, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməsi (Asan Xidmət -DİN)
- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
- Təklif edilən malların markası, modeli, xarakteristikası və istehsalçı ölkə haqqında məlumat. (tender təklifi ilə təqdim etmək)
- Iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elmin Dəmirçiyev, Ağstafa RİH aparatında sektor müdiri-baş mühasib
Email: [email protected]
Əlaqə telefonu: 0222253241
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
taxta nərməndəli sıyrılmış döşəmə üçün (0,15x6 x0,03) |
tikinti materialı |
15 |
m(3) |
2 |
sement ML-32,5R |
tikinti materialı |
25 |
ton |
3 |
sinklənmiş metal dam örtüyü (profnastil 6x1,15 qal- 0,42) |
tikinti materialı |
150 |
ədəd |