Şərur Rayon İcra Hakimiyyəti şəhər üzrə infrastruktur və inzibati binaların təkmilləşdirilməsi məqsədilə üç yeni tender elan edib.
Agentlik 189 mənzil alacaqdı: 13 milyonluq satınalma niyə baş tutmadı?
FED.az xəbər verir ki, hər üç satınalma BIM modeli üzərindən layihə-smeta sənədlərinin hazırlanmasına yönəlib və ümumilikdə 554.120,14 manat dəyərində işlərin görülməsi planlaşdırılır.
Tenderlərdən biri Şərur şəhərində yerləşən 11 yaşayış binası və 2 inzibati bina üçün 6 ədəd mərkəzləşdirilmiş yeni qazanxana binasının layihələndirilməsini əhatə edir. Bu xidmətin dəyəri 210.826,68 manat olaraq göstərilib. Maraqlanan şirkətlər təkliflərini 25 iyul 2025-ci il saat 17:00-a qədər təqdim edə bilərlər. Həmin gün və saatda təklif zərfləri açılacaq. Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.
Digər tender çərçivəsində Şərur Rayon İcra Hakimiyyətinin tabeliyində olan 6 inzibati binanın layihə-smeta sənədləri hazırlanacaq. Bu xidmət üçün ayrılan ehtimal olunan məbləğ 232.570,13 manatdır. Bu tenderin də son təqdimat və açılış vaxtı 25 iyul 2025-ci il saat 17:00-dır. İştirak haqqı əvvəlki müsabiqə ilə eynidir – 350 manat.
Üçüncü tender isə Şərur şəhərində yerləşən, ümumi sahəsi 192 kvadratmetr olan birmərtəbəli arxiv binasının layihələndirilməsi ilə bağlıdır. Xidmətin dəyəri 110.723,33 manat olaraq müəyyən edilib. Bu tenderə təkliflərin təqdim olunması və zərflərin açılışı 25 iyul saat 12:00-da baş tutacaq. İştirak haqqı isə 250 manatdır.
Hər üç tender üzrə əlaqələndirici şəxs Şərur Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Osman Cəlildir. Maraqlanan tərəflər onunla [email protected] elektron poçt ünvanı və ya +994 50 552 44 40 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.