İcbari Tibbi Sığorta Agentliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701911851
Satınalan təşkilatın ünvanı: Nəsimi rayonu, Lev Tolstoy küç 170
Müsabiqənin başlama tarixi və vaxtı: 12.07.2023 12:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 02.08.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 11.08.2023 16:00
Müqavilə üzrə ödəmələr nağdsız qaydada, İcraçının təqdim etdiyi sənədlər (hesab faktura, elektron qaimə-faktura, təhvil-təslim aktı) əsasında ən qısa müddət ərzində lakin 10 bank günündən gec olmamaq şərti ilə aparılır. Tələb olunduğu halda satınalma müqaviləsi imzalandıqdan sonra İcraçı (layihəçi) tərəfindən təqdim ediləcək müvafiq sənəd(lər) əsasında müqavilə dəyərinin 30% avans ödənişi, layihələr tam halda Sifarişçiyə təqdim edildikdən sonra müqavilə dəyərinin 50%-i, müvafiq icazə və razılaşmalar alındıqdan sonra müqavilə dəyərinin 20%-i məbləğində ödəniş ediləcəkdir. - Avans ödənişi tələb olunmadığı halda layihələr tam halda Sifarişçiyə təqdim edildikdən sonra müqavilə dəyərinin 50%-i, müvafiq icazə və razılaşmalar alındıqdan sonra müqavilə dəyərinin digər qalıq 50%-i məbləğində ödəniş ediləcəkdir.
Çatdırılma yeri - Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170.
Çatdırılma müddəti - 8 (səkkiz) aydan gec olmayaraq.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
Tender iştirakçısının öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması və yaxud müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyəti olmasının təsdiqi kimi kiçik, orta, yaxud hüquqi şəxslər birliyinin daxilində mikro sahibkarlıq subyekti olması haqqında müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş arayış.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti).
Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması haqqında arayış.
Nizamnamə.
Qeydiyyatdan keçdiyi ölkə.
Rekvizitlər.
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (və ya müvafiq dövlət orqanı) tərəfindən verilmiş lisenziya- əlavəsi ilə birlikdə.
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi.Tələb olunan ixtisas uyğunluğuna cavab verməyən iddiaçılar qiymətləndirmə mərhələsinə buraxılmayacaqdır.
Tenderin predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu.Tələb olunan ixtisas uyğunluğuna cavab verməyən iddiaçılar qiymətləndirmə mərhələsinə buraxılmayacaqdır.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anar Rəhimov, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 310 07 70 (2022)
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Tikinti sahəsi haqqında xüsusi məlumatlar (ümumi sahənin ölçüsü: 2 977.04 m2). |
Binanın mövcud ölçü cizgiləri götürülməli, onun əsasında müasir texnoloji layihəyə əsasən işçi cizgilər hazırlanmalıdır. |
1 |
ədəd |
2 |
Layihənin tipi. |
Ərazidə topoqrafiya islərinin aparılması. |
1 |
ədəd |
3 |
Layihənin tipi, təyinati və tərkibi. |
Həkim otağı, Baş tibb bacısı, izolyasiya, 1 çarpayılıq reanimasiya Şöbə müdirinin otağı, təsərrüfat bacısı, palatalar, növbətçi həkim, şöbə müdiri heyyəti. |
1 |
ədəd |
4 |
Binanın memarlıq, həcm-planlaşdırma həllinə və binanın bəzədilməsinə olan əsas tələblər. |
Binada xarici divarların zədələnmiş hissələri ağlay üzlük daşı ilə üzlənməlidir. Daxili divarlar suvanmalı, şüşəlifli oboyla üzlənməli və üzərindən bakterioloji emulsiya ilə rənglənməlidir.Rentgen otağında divarlar baritlə-tavan və qapılar qurğuşunla izolyasiya olunmalıdir. Döşəmə: Zirzəmi-metlax 1-ci mərtəbənin dəhlizi süni qranit tavalarla, digər mərtəbələrdə dəhlizlər və otaqlar hamısı keromoqranit. Tavan-dəhliz karkas üzrə akmiqran plitə ilə, otaqlar karkas üzrə alçipanla üzlənməli və bakterioloji emulsiya ilə rənglənməlidir. Sanitar qovşaqları- tavan metal karkas üzrə suya davamlı alçipan plitə ilə üzlənməli və bakterioloji emulsiya ilə rənglənməli, döşəmə- metlax, divarlar kafellə üzlənməlidir. Pilləkən meydançaları və marşları – sürüşməyən mərmər plitələrlə üzlənməlidir. Xarici qapı, pəncərə və vitrajlar - alüminium, Daxili qapılar - Antibakterioloji laminat tərkibli xüsusi materialdan hazırlanmış alüminium çərçivəli quraşdırılmalıdır. Zirzəmidə qapılar PVC.Binaya ehtyat giriş və çıxış qapıları metaldan quraşdırılmalıdir.Dam örtüyündə suötürücü novlar və suaxıdıcı borular yenilənməlidir. Pencərələr plastik. |
1 |
ədəd |
5 |
Binadaxili kommunikasiya 7 saylı korpus (İnfeksiya). |
1.İsitmə soyutma sistemi fankoyl (2 borulu, giriş xətdə çirk tutan, çıxış xətdə üçyollu ventil olmalıdır. Drenaj xətti ayrı nəzərdə tutulmalıdır) 2.Mexaniki və tibbi havalandırma sistemi (aktı ilə) 3.Daxili su kanalizasiya sistemi 4.Rabitə şəbəkəsi 5.Wi-Fİ sistemi 6.Yanğın siqnalizasiya 7.Tibb bacısı çağrı sistemi 8.Elektrik təchizatı 9.Texnologiya. |
1 |
ədəd |
6 |
Mətbəx: Tikinti sahəsi haqqında xüsusi məlumatlar (ümumi sahənin ölçüsü: 650.17 m2) |
Binanın mövcud ölçü cizgiləri götürülməli, onun əsasında müasir texnoloji layihəyə əsasən işçi cizgilər hazırlanmalıdır. |
1 |
ədəd |
7 |
Layihənin tipi. |
Ərazidə topoqrafiya islərinin aparılması. |
1 |
ədəd |
8 |
Layihənin tipi, təyinati və tərkibi. |
Mətbəx, tərəvəz anbarı, yük boşaltma sahəsi, müdir otağı, soyuducu anbar, təmizləyici vasitələrin saxlanma otağı, soyunub geyinmə, qab Yuma sahəsi və texniki otaqlar. |
1 |
ədəd |
9 |
Binanın memarlıq, həcm-planlaşdırma həllinə və binanın bəzədilməsinə olan əsas tələblər. |
Binada xarici divarların zədələnmiş hissələri ağlay üzlük daşı ilə üzlənməlidir.Rulon materialından olan dam örtüyü və suaxıdıcı borular yenilənməlidir. Soyuducu, anbarlar, mətbəxt, qab yuma otaqlarında.dəhlizdə divarlar kafel,soyunub geyinmə.personal otaqlarının divarları emulsiya və bütün döşəmələr isə metlax nəzərdə tutulsun. Tavan karkas üzrə akmiqran piltələr nəzərdə tutulsun.Daxili qapılar plastik. giriş qapıları metal. pəncərələr plastik olmalı. |
1 |
ədəd |
10 |
Binadaxili kommunikasiya. Mətbəx. |
1.Texnoloji həll 2.Daxili su kanalizasiya 3.Split kondisioner şkaf tipli 4.Ventilyasiya sistemi 5.Elektrik təchizatı 6.Yanğın siqnalizasiya 7.Rabitə şəbəkəsi 8. WiFi sistemi |
1 |
ədəd |
11 |
Layihənin müvafiq dövlət qurumları ilə razılaşdırılması və rəyin alınması. |
Layihənin FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi ilə razılaşdırılması. |
1 |
ədəd |