Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC daha bir tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 5,6,7,8,9 və 10 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı açıq tenderin nəticələrinə əsasən “Hünər İnşaat Firması" (VÖEN: 1500271551) qalib müəyyən edilib.
Həmin şirkətlə 20 milyon 923 min 661 manat məbləğində satınalma (podrat) müqaviləsi bağlanıb.