Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC daha bir tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, 2-ci elan. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı keçirilmiş açıq tenderin nəticələrinə əsasən “Hover Group" MMC (VÖEN: 1501843641) qalib müəyyən edilib.
Həmin şirkətlə 10 404 026 manat məbləğində satınalma (podrat) müqaviləsi bağlanıb.
“Hover Group" MMC daha öncə də MİDA ilə 13 490 812 manat məbləğindəki "2-ci elan. Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 23, 24, 25, 26, 27, 28 və 29 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi" tenderi üzrə satınalma müqaviləsi imzalayıb (08.06.2023).