Azərbaycan İnvestisiya Holdinqi “Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra - AİH) idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən AİH-ə ödəniləcək dividendlərdən formalaşan vəsaitlərin səmərəli idarə olunmasını müəyyən edən müvafiq siyasət və qaydaların hazırlanması, habelə AİH-in xəzinədarlıq funksiyasını həyata keçirəcək müvafiq struktur bölmənin təkmilləşdirilməsinə dair məsləhət xidməti” təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olub.
Şirkətlə 288 864 manat məbləğində müqavilə imzalanıb.