Dövlət Şəhərsalma və Arxitertura Komitəsi düşmən təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyac olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi (1), eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında (2), Gəncə şəhərində (3), Tərtər rayonunda (4), Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (5), Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında (6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.
Eləcə də bax: “Azərişıq” Suqovuşan kəndinin elektrik təchizatına 4,6 milyon manat yönəldəcək
FED.az Komitəyə istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq Komitənin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu, eləcə də “Rabitəinşaat” ASC, “Conco” QSC, “Real-İnşaat”, “Az Graft Construction” və “Parlaq-N” MMC-lərdir.
Lot 1 – “Düşmən təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir-bərpa və tikintisi” işlərinin satın alınması üzrə 4 894 475,15 manat məbləğində tender təklifi vermiş Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 2/1 ünvanında qeydiyyatda olan “CONCO” Qapalı Səhmdar Cəmiyyəti;
Lot 2 – “Düşmən təcavüzü nəticəsində Ağdam, Bərdə və Mingəçevir şəhər və rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir-bərpa və tikintisi” işlərinin satın alınması üzrə 4 579 410,05 manat məbləğində tender təklifi vermiş Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 227C ünvanında qeydiyyatda olan “RABİTƏİNŞAAT” Açıq Səhmdar Cəmiyyəti;
Lot 3 – “Düşmən təcavüzü nəticəsində Ağcabədi, Goranboy, Naftalan və Beyləqan şəhər və rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir-bərpa və tikintisi” işlərinin satın alınması üzrə 2 115 941,66 manat məbləğində tender təklifi vermiş İsmayıllı rayonu, Xənayə kəndində qeydiyyatda olan “PARLAQ-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı filialı;
Lot 4 – “Düşmən təcavüzü nəticəsində Füzuli, Cəbrayıl və Tərtər (1-ci hissə) rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir-bərpa və tikintisi” işlərinin satın alınması üzrə 3 387 525,33 manat məbləğində tender təklifi vermiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 106 ünvanında qeydiyyatda olan “AZ GRAFT Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti;
Lot 5 – “Düşmən təcavüzü nəticəsində Tərtər (2-ci hissə) rayonunda dağıdılmış qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir-bərpa və tikintisi” işlərinin satın alınması üzrə 5 671 057,17 manat məbləğində tender təklifi vermiş Ağdam rayonu, Quzanlı qəsəbəsi, ev 100 ünvanında qeydiyyatda olan “Real-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Qeyd olunan qalib təşkilatlarla satınalma müqaviləsi imzalanmışdır.