Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması üçün tender müsabiqələrinin qalibləri ilə müqavilə bağlayıb.
Eləcə də bax: Nazirlikdən “Avalon-12”yə - 3 MİLYON MANATLIQ SİFARİŞ
FED.az xəbər verir ki, tenderin qalibləri “SARAY-H” və “ŞA-İNŞAATÇI” Mənzil Tikinti Kooperativi olub. Nazirlik “SARAY-H” MTK ilə 1 milyon 803 min171 manatlıq, “ŞA-İNŞAATÇI” MTK ilə 3 milyon 252 min 720 manatlıq tender müqavilələri bağlayıb. Müqavilələrin ümumi məbləği 5 milyon 55 min 891 manatdır