Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi bir-birinin ardınca 4 tenderin nətciəsini açıqlayıb.
FED.az xəbər verir ki, qalib şirkətlər aşağıdakı tenderlər üzrə müəyyən edilib. 15 min 950.1 manat dəyərindəki “Laboratoriya üçün kimyəvi maddələrin və avadanlıqları”nin satınalınması” tenderinin qalibi “Ciara Trend” MMC, 25 min 370 manat dəyərindəki “Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin inzibati binasında və İdarənin Xaçmaz, Masallı,Bərdə rayonlarında yerləşən inzibati binalarında cari təmiri” və 187 min 607.02 manat məbləğindəki “Regional Zonalarda suvarılan torpaqlarda qazılmış rejim müşahidə quyularının cari təmiri üçün mal-materialların satın alınması” tenderlərin qalibi “Xəzər İnşaat KO” MMC, 172 min 853.24 manat məbləğindəki “Xüsusi təyinatlı qazma dəzgahı və avtomaşınlar üçün ehtiyat hissələrinin satın alınması” tenderinin qalibi isə “Caspian Az-Lizinq” MMC olub.
Qurum 4 tender üzrə ümiumilikdə 401 min 780.54 manatlıq müqavilə imzalayıb.