FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi iri və xırdabuynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisi tenderini elan edib.
Lot 1. Qobustan rayonunda iri və xırdabuynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisi.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
İddiaçı aşağıdakı tələblərə cavab verməlidir:
-son üç il ərzində tenderə çıxarılan tikinti obyektinin xüsusiyyətlərinə və mürəkkəblik dərəcəsinə uyğun olan ən azı üç iş üzrə təcrübəyə malik olmalıdır;
-iddiaçi müvafiq tikinti işlərinin görülməsi üçün xüsusi icazə (lisenziya) sənədi olmalıdır;
-tender iştirakçılarının (iddiaçıların) son üç ildə yerinə yetirdikləri analoji işlərin dəyəri 2,0 milyon manatdan çox olmalıdır;
-tikinti sahəsində ən azı 3 il təcrübəyə malik iş icraçısı olmalıdır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüwədə olmalıdır);
3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması; müvaüq vergi orqandan arayış;
4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanlan tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
7. Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
8. İddiaçının müvafiq işlərin görülməsinə olan xüsusi icazə (lisenziya) sənədinin surəti;
9. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
10. Müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (müvafiq vergilər idarəsi);
11. Tender iştirakçılarının (iddiaçıların) son iki ildə yerinə yetirdikləri analoji işlərinin dəyəri tender predmetinin qiymətinə müvafiq olmalıdır;
12. İddiaçının mülkiyyətində olan maşın, mexanizm və avadanlıqların növü və xüsusiyyətləri haqqında arayış;
13. Tender təklifi;
14. Digər sənədlər: Əsas şərtlər toplusunda nəzərdə tutulmuş.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı daxil olmaqla) 30.09.2019-cu il saat 17:00-a qədər Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 777-ci otağa təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 01.10.2019-cu il saat 17:00-da Kənd Təsərrüfatı Nazirliyində, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 80, 7-ci mərtəbə, 722-ci otaqda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.