Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi “Hazır-reabilitasiya vasitələri” üzrə tenderlər elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 600 manatdır. Müsabiqə dekabr ayının 23-də başlayır. Tələb olunan sənədlər yanvarın 17-dək, təkliflər isə yanvarın 26-dək təqdim edilməlidir. Zərflər yanvar ayının 27-də açılacaq.
Satınalan təşkilatın ünvanı: Bakı ş.,S.Ə.Şirvani 3
Çatdırılma müddəti: 2023
Çatdırılma yeri: Bakı şəhəri, Əhmədli qəsəbəsi, S.Ə.Şirvani 3
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Dördayaqlı hərəkət vasitəsi (sadə), marka-xxxx, model-xxxx |
Adətən dəmir (polad) materialdan hazırlanan bu dördayaqlı hərəkət vasitəsi hərəkət etməyə daha da çətinlik çəkən pasiyentlər tərəfindən istifadə olunur. Hərəkət vasitəsinin dördayaqlı olması pasiyentin yıxılmasının qarşısını almağa zəmin yaradır. Çərçivə poladdan. 2,5 sm hündürlük tənzimlənməsi (8 hündürlük tənzimlənməsi), qatlana bilən olmalıdır. Dərinliyi- 42 sm, eni-44 sm. Hündürlüyə görə tənzimlənməsi - 80-100 sm, pasiyentin boyuna görə tənzimlənməsi - 165-185 sm, reabilitasiya vasitəsinin çəkisi-2,5-3.5 kq, yük götürmə qabiliyyəti - 120-125 kq, qabaq təkərlərin diametri - 5 düym, qabaritlər -(UxExH)- 60x58x80-100 sm. |
1000 |
ədəd |
2 |
Dördayaqlı hərəkət vasitəsi (təkərli) , marka-xxxx, model-xxxx |
Yuxarıda qeyd etdiyimiz sadə dördayaqlı hərəkət vasitəsindən fərqli olaraq,təkərli dördayaqlı hərəkət vasitəsi adından da göründüyü kimi ön iki ayağı təkərlə təmin olunmuş olmalıdır. Cihazın fiksasiyası üçün iki kilidin mövcudluğu mütləqdir. Çərçivə poladdan. 2,5 sm hündürlük tənzimlənməsi (8 hündürlük tənzimlənməsi), qatlana bilən olmalıdır. Dərinliyi- 42 sm, eni-44 sm. Hündürlüyə görə tənzimlənməsi - 80-100 sm, pasiyentin boyuna görə tənzimlənməsi - 165-185 sm, reabilitasiya vasitəsinin çəkisi-2,5-3.5 kq, yük götürmə qabiliyyəti - 120-125 kq, qabaq təkərlərin diametri - 5 düym, qabaritlər -(UxExH)- 60x58x80-100 sm |
1000 |
ədəd |
3 |
Dördayaqlı hərəkət vasitəsi (uşaq) , marka-xxxx, model-xxxx |
Uşaqlar üçün təyin olunan bu hərəkət vasitələri müəyyən yaş həddinə görə bölünüb. Bu dördayaqlı hərəkət vasitəsinin təkərləri mövcuddur. Təkərlərin diametri 7,5-8 sm arasında olmalı, qabaq təkərlər həm önə həm arxaya sürülür, arxa təkərlər isə ançaq önə doğrü hərəkət eləyir. Dördayaqlı hərəkət vasitəsinin texniki xüsusiyyətləri - ümumi diametri açıq formada-80 sm, açıq formada maksimum uzadılmış -85 sm, hündürlüyü tənzimlənir, yığılı formada hündürlüyü - 75 sm, açıq formada hündürlüyü -43 sm, açıq formada maksimum uzadılmış-hündürlüyü-52 sm, oturacagın hündürlüyü tənzimlənir, yerdən hündürlüyü minumum-20 sm, maksimum (uzadılmış), oturacagın materialı, qalın parça, içində yumuşaldıcı porolon, oturacağın uzunluğu - 30 sm, eni (en enli yeri)- 20 sm, yük götürmə qabiliyyəti - 70-80 kq, cihazın çəkisi- 2,5-3 kq |
100 |
ədəd |
4 |
Qoltuqaltı (kiçik ölçüdə) , marka-xxxx, model-xxxx |
Konstruksiyası alüminiumdan olan əlil insanlar üçün reabilitasiya vasitəsi -qoltuqaltı ağacları, yükü bədənin yuxarı hissəsinə və qollara köçürərək ayaqlardan yükü azaldan. Qoltuqaltı ağacının yumşaq qoltuqaltı yastıqları və tutacaqları olmalıdır. Ümumi hündürlüyü və tutacaqların hündürlüyü tənzimlənən olmalıdır (tənzimləmə addımı 25 mm, addımların sayı 6-10 ədəd). Qoltuqaltının hündürlüyü-940-1140 mm, maksimum istifadəçi çəkisi-100 kq, qoltuqaltının çəkisi-1,4(±) kq. |
50 |
cüt |
5 |
Qoltuqaltı (orta ölçüdə) , marka-xxxx, model-xxxx |
Konstruksiyası alüminiumdan olan əlil insanlar üçün reabilitasiya vasitəsi -qoltuqaltı ağacları, yükü bədənin yuxarı hissəsinə və qollara köçürərək ayaqlardan yükü azaldan. Qoltuqaltı ağacının yumşaq qoltuqaltı yastıqları və tutacaqları olmalıdır. Ümumi hündürlüyü və tutacaqların hündürlüyü tənzimlənən olmalıdır (tənzimləmə addımı 25 mm, addımların sayı 6-10 ədəd). Qoltuqaltının hündürlüyü-1120-1320 mm, maksimum istifadəçi çəkisi-100 kq, qoltuqaltının çəkisi-1,6 kq. |
1000 |
cüt |
6 |
Qoltuqaltı (böyük ölçüdə) , marka-xxxx, model-xxxx |
Konstruksiyası alüminiumdan olan əlil insanlar üçün reabilitasiya vasitəsi -qoltuqaltı ağacları, yükü bədənin yuxarı hissəsinə və qollara köçürərək ayaqlardan yükü azaldan. Qoltuqaltı ağacının yumşaq qoltuqaltı yastıqları və tutacaqları olmalıdır. Ümumi hündürlüyü və tutacaqların hündürlüyü tənzimlənən olmalıdır (tənzimləmə addımı 25 mm, addımların sayı 6-10 ədəd). Qoltuqaltının hündürlüyü-1320-1520 mm, istifadəçi boyu-180-200 sm, maksimum istifadəçi çəkisi-100 kq, qoltuqaltının çəkisi-1,7 kq. |
50 |
cüt |
7 |
Əsa, marka-xxxx, model-xxxx |
Yerimə əngəlliyi olan insanların istifadəsi üçün olan əl ağacıdır. Metal və ya ağacdan hazırlanan çubuq şəklində bir cihaz. Gəzərkən simmetriyanı təşviq edir. Əsa anatomik tutacaqla təchiz olunub, sag və sol əldə istifadə oluna bilər. Əsanın hündürlüyü tənzimlənən, qatlana bilən, yüngül, sürüşməyə qarşı cihazla təchiz olunmuş olmalıdır. Yük götürmə qabiliyyəti 100 kq-dək. Əsanın öz çəkisi- 400 qr-dan cox olmamaq şərti ilə. Hündürlüyü tənzimləmə addımı -2.5 sm. Əsanın hündürlüyü minimum 72 sm, maksimum -94.5 sm. |
3000 |
ədəd |
8 |
Qaldırıcı qurğu, marka-xxxx, model-xxxx |
Hidravlik qaldırıcı qurğu, bu qurğu üçün xüsusi təchiz olunmuş bir otaq tələb edilmir. Həm klinikalarda, həm tibb mərkəzlərində, həm xəztəxanalarda, həm də evdə istifadə olunur. Alt dayaqları aşağı olduğu üçün müxtəlif məişət əşyalarına yaxınlaşmağa imkan verir. Dayaqların künclərdə dəyişkən açılması imkanı. İnsanı döşəmə səviyyəsinə endirmək qabiliyyəti. Təkər dayaqlarının kilidlərinin olması. Əl ilə təcili endirmə qabiliyyəti. Bu qaldırıcı qurğu qapalı məkanlarda istifadə olunması üçün nəzərdə tutulub. Material-polad, üzərində toz emal, rəng-boz, təkər dayaqları - 2 ədəd, təkərlərin diametri - 100 mm, dayaqların arasındakı daxili məsafə - 490-1235mm-dək, dayaqların arasındakı xarici məsafəsi - 575-1320mm, hündürlüyü-150 mm, ümümubazanın uzunluğu-1165mm, ümumi ölçülər-1165x575x1220mm. Əlavə olaraq montaj alət dəsti təqdim olunmalıdır. Yük götürmə qabiliyyəti-175 kq-dək, qurğunun çəkisi-37 kq |
150 |
ədəd |
9 |
Çarpayı, marka-xxxx, model-xxxx |
Yataq xəstələri üçün reabilitasiya çarpayısı, xəstənin bədənin üfüqi vəziyyətindən şaquli vəziyyətinə gətirir (75 dərəcə). Xəstə, mexaniki element hesabına əl vasitəsi ilə işləyən tutacagın köməkliyi ilə qaldırılır. Çərçivə poladdan, çərçivənin yuvarlaq borularının ölçüləri - 25x25 - 40x25mm, təkərlər dönə bilən, iki təkər mexaniki əyləclə təchiz olunub. Oturacaqlar və söykənəcəklər nəmə davamlı laminasiyalı fanerlərdən, yumuşaq hissəsi vinil dəridən hazırlanıb. Yatacagın və bütün detalların qıraqları yuvarlaqdır. Birləşmələr bolt və qaynaqlıdır. Bütün boru ucları plastik tıxaclarla bağlanır. Metal çərçivənin rəngi-parlaq ağ, yataq-narıncıdır (uyğun rənglər təqdim oluna bilər). Yük götürmə qabiliyyəti-130 kq-dək, carpayının çəkisi-50 (±3) kq. Yumuşaq hissənin ölçüləri-1900x680mm (±100-200), çarpayının maksimal ölçüləri-2050x925x1220mm (±100-200) |
500 |
ədəd |
10 |
Ortopedik döşək, marka-xxxx, model-xxxx |
Orta sərtliyə malik olmalı, bel, kürək, baş-boyun və diz bölgələri dəstəkləeən müstəqil yay karkas sistemi olmalıdır, yatagın tam ortopedik olmasını təmin edən, yüksək sıxlıqlı süngər elementləri olmalı, üzlüyünün parçası - antibakterial, hörgülü pambıq parça. Ortopedik döşəyin ölçüləri - hündürlüyü - 25 sm (±), eni - 90 sm, uzunluq - 200 sm |
750 |
ədəd |
11 |
Ortopedik döşək, marka-xxxx, model-xxxx |
Yüksək sərtliyə malik olmalı, yatagın tam ortopedik olmasını təmin edən, yüksək sıxlıqlı süngər elementləri olmalı, 22 kq/m3 yoğunluqda, üzlüyünün parçası - antibakterial, su keçirməyən, qıraqları zəncirli (asan çıxarıb yuyulması üçün), ləkəsi asan təmizlənən parça. Ortopedik döşəyin ölçüləri - hündürlüyü - 140 mm (±), eni - 900 mm, uzunluq - 1900 mm |
20 |
ədəd |
12 |
Ortopedik yastıq, marka-xxxx, model-xxxx |
Yastıq-bel və boyunu anatomik düzgün vəziyyətdə saxlayan, müxtəlif ölçülü əzələ qrupları arasında yüklənməni müəyyən edir, formaya və başın çəkisinə ideal şəkildə uyğunlaşır və nəhayət, maksimal səviyyədə sağlam və komfortlu yuxulamağa imkan verən olmalıdır. Oyanandan sonra yastıq yenidən özünün əvvəlki təbii formasına qayıtmalıdır. bu “yaddaş” effektidir, yüksək texnologiyalı köpüyün istehsalında istifadənin nəticəsində əldə olunur, material -yüksək elastikli köpük (poliester köpük) 100 % hipoallergenik pambıq. Bədənin formasına ideal şəkildə uyğunlaşır. Yastıgın üzünü çıxartmaq, dəyişdirmək asan olmalı və rahat yuyulmalıdır. Astmatiklər və allergiyalı şəxslər üçün uyğun olmalıdır. Yastıqların ölçüləri: 55 x 35 x 8/11 sm (± 2-3 sm) olmalıdır. Çəki: 0,7 (± 0,3) kq. |
750 |
ədəd |
13 |
Çarpayı üçün dayaqlar, marka-xxxx, model-xxxx |
Çarpayı üçün dayaqlar-yuxarı çəkinmək üçün çarpayının üstündəki trapesiya (qövs), xəstənin müstəqil olaraq yüksəlmək imkanına malik olmasını təmin etməyə xidmət edir və bununlada bədəni eyni vaxtda məşq edir. Bu çəkmə cihazı istifadəçinin rahatlığı üçün hərəkət etməyə və bədəninin vəziyyətinin dəyişməsinə imkan verir. Dayaq boltlu sıxac vasitəsi ilə çarpayiya bərkidilir. Dayaqın materialı-dəmirdən olmalıdır, 100 kq-dək yük götürmə qabiliyyətinə malik olmalıdır. Tutacaq dayaqa tənzimlənən kəmər (kəməri uzatmaqla hündürlüyü dəyişə bilmək) vasitəsi ilə bağlanmalıdır. Dayaqın ümümi hündürlüyü -140 sm (±10), yataqdan tutacaqa qədər minimum məsafə-65 sm, maksimum məsafə-100 sm, tutacaq plastikdən hazırlanmış olmalıdır, tutacaqın eni 18-20 sm olmalıdır. Dayaqın ümumi çəkisi - 4,5-5 kq |
650 |
ədəd |
14 |
Geyinmə, soyunma və tutmaq üçün vasitələr, marka-xxxx, model-xxxx |
Mexaniki cihaz, dinamik qol dəstəyi, istifadəçinin qolunun ağırlığını kompensasiya edən unikal mexanizminə malikdir, qola taxılır və qolun hərəkətinə yardim edir, qola bağlanan yeri pasiyentə uyğun individual olaraq ölçüyə görə seçilir, digər tərəfi ştatif köməkliyi ilə arabaya, yataqa, qabaq stola və s. bərkidilir. Cihaz bazadan, breketdən, daşıyıcı direkdən və sıxıcı alətlərdən ibarətdir (qola taxılan hissə breket adlanır). Ümumi çəkisi-3.4 kq. Ölçüləri: eni-17 sm, hündürlüyü- 85 sn, dərinliyi- 10 sm. Sağ qol üçün nəzərdə tutulur. |
5 |
ədəd |
15 |
Geyinmə, soyunma və tutmaq üçün vasitələr, marka-xxxx, model-xxxx |
Mexaniki cihaz, dinamik qol dəstəyi, istifadəçinin qolunun ağırlığını kompensasiya edən unikal mexanizminə malikdir, qola taxılır və qolun hərəkətinə yardim edir, qola bağlanan yeri pasiyentə uyğun individual olaraq ölçüyə görə seçilir, digər tərəfi ştatif köməkliyi ilə arabaya, yataqa, qabaq stola və s. bərkidilir. Cihaz bazadan, breketdən, daşıyıcı direkdən və sıxıcı alətlərdən ibarətdir (qola taxılan hissə breket adlanır). Ümumi çəkisi-3.4 kq. Ölçüləri: eni-17 sm, hündürlüyü- 85 sn, dərinliyi- 10 sm. Sol qol üçün nəzərdə tutulur |
5 |
ədəd |
16 |
Kateter, marka-xxxx, model-xxxx |
Sidik kisəsi və sidik kanalından sidiyin ifrazının xarıc edilməsi üçün, Ən vacib fizioloji mənası sidik kisəsini boşaltmaqdır. Sidik kateteri sidik kisəsini boşaltmaq üçün istifadə olunan elastik boruya bənzər bir cihazdır. Boşalma xüsusi bir sidik çantasına daxil olur. Kateterin materialı-silikondan. Kateteri sidik kisəsində fiksasiya edən steril maye ilə doldurulmuş şişmə balonu var, digər tərəfdən, boru sidiyin yığıldığı xüsusi bir qaba (paketə) bağlanır. Kateterlər iki kanallı olmalıdır, klassik olmalıdır. Ölçüsu: 18 |
5000 |
ədəd |