FED.az TENDER xəbər verir ki, Hacıqabulda 2018-ci ildə 13 tender keçirilib. Bu tenderlərin ümumi məbləği 1 mln 194 min 796 manat təşkil edib.
Eləcə də bax: Lənkəranda dövlət tenderlərini kimlər udur? – ADLAR, MƏBLƏĞLƏR
Ən yüksək məbləğdə müqavilə Hacıqabul İcra Hakimiyyəti ilə “İnşaatçı-S” MMC arasında bağlanan 503 min 524 manat dəyərində olan 3 müqavilə olub. Bu müqavilələrin ümumi məbləğdə payı 42,14% təşkil edir.
Ən aşağı məbləğdə bağlanan müqavilə “Santral Elektrik Ltd” MMC ilə rayonun Maliyyə Şöbəsi arasında 10 min manat dəyərində imzalanan müqavilə olub.
Ən çox müqavilə bağlanılan şirkətlər bunlardır : “İntellekt-1” MMC ilə Hacıqabul Rayon Komunal Müəssisələri İdarəsi bağlanan 22 min 155 manat dəyərində olan 3 müqavilə və “Saturn-014” MMC ilə Hacıqabul Suvarma Sistemləri İdarəsi ilə imzalanan 232 min 702 manat məbləğində olan 3 müqavilə.
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
Hacıqabul Rayon Komunal Müəssisələri İdarəsi | İntellekt-1 MMC (29.10.2018) |
Xüsusi geyim və təsərrüfat inventarları | 7 401 |
Hacıqabul Rayon Mənzil İstismar Sahəsi | İntellekt-1 MMC (29.10.2018) |
Xüsusi geyim və təsərrüfat inventarları | 7 182 |
Hacıqabul Rayon 1 saylı Mənzil İstismar Sahəsi | İntellekt-1 MMC (29.10.2018) |
Xüsusi geyim və təsərrüfat inventarları | 7 572 |
Hacıqabul Rayon Yaşıllaşdırma və Abadlıq İşləri Sahəsi | F/Ş: Bağırlı Əkbər Əlikram oğlu (VÖEN 2100576402) (04.10.2018) |
Əkin materiaları, xüsusi geyim və təsərrüfat malları | 22 311 |
Hacıqabul Rayon İcra Hakimiyyəti | Evro Təchizat MMC (15.10.2018) |
Abadlıq işləri | 14 000 |
Hacıqabul Rayonu üzrə Maliyyə Şöbəsi | Santral Elektrik Ltd MMC (24.07.2018) |
Maşın və avadanlıqlar | 10 000 |
Hacıqabul Rayon İcra Hakimiyyəti | Muğan-KİTT Şirkəti MMC (16.04.2018) |
Yolların əsaslı təmiri işləri | 390 104 |
Hacıqabul Rayon İcra Hakimiyyəti | İnşaatçı-S MMC (13.04.2018) |
Mənzil fondunun əsaslı təmiri işləri | 69 272 |
Hacıqabul Rayon İcra Hakimiyyəti | İnşaatçı-S MMC (13.04.2018) |
Abadlıq işləri | 219 206 |
Hacıqabul Suvarma Sistemləri İdarəsi | Saturn-014 MMC (05.03.2018) |
Nasos və elektrik avadanlıqlarının təmiri üçün mal-material və ehtiyat hissələri | 60 012 |
Hacıqabul Suvarma Sistemləri İdarəsi | Saturn-014 MMC (05.03.2018) |
Maşın-mexanizmlər üçün ehtiyat hissələri | 100 407 |
Hacıqabul Suvarma Sistemləri İdarəsi | Saturn-014 MMC (05.03.2018) |
Təmir işləri üçün tikinti materialları | 72 283 |
Hacıqabul Rayon İcra Hakimiyyəti | İnşaatçı-S MMC (19.01.2018) |
Hacıqabul şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissəsinin təmiri işləri | 215 046 |