Gürcüstanın İnfrastruktur vəRegionalİnkişaf Nazirliyinin Avtomobil yolları Departamenti Xaraqauıli bələdiyyəsini “Şərq-Qərb” avtomaqistralı (E-60) ilə birləşdirən Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti yolunun 25,6 km-lik hissəsinin yenidən qurulmasına dair Azərbaycanın “Akkord Industry Construction Investment Corporation OJSC” şirkəti ilə müqaviləsinə xitam verib.
Eləcə də bax: Dövlət Komitəsi 9,5 milyon manatlıq tenderin qalibini - AÇIQLAYIB
FED.az xəbər verir ki, nazirliyin məlumatına görə, müqaviləyə xitam verilməsi podratçının üzərinə götürdüyü öhdəlikəri yerinə yetirməməsi ilə şərtlənir. Müqavilə 2018-ci il dekabrın 4-də imzalanıb, işlərin dəyəri təqribən $20 milyon təşkil edirdi.
“Akkord Industry” şirkəti Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti yolunun Moliti-Çumateleti hissəsinin yenidən qurulmasına dair elan edilmiş beynəlxalq tenderin qalibi olub. Tenderdə 13 şirkət iştirak edib.
Layihə Asiya İnkişaf Bankının (AİB) krediti hesabına maliyyələşib. İşlər müqavilə imzalandığı gündən 2,5 il ərzində yerinə yetirilməli idi.
2017-ci ildə AİB Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti yolunun 50 km-lik hissəsinin yenidən qurulması və modernləşməsi layihəsinin maliyyələşdirilməsinə $80 milyon dəyərindəkredit ayırıb.
“Akkord Industry Construction Investment Corporation OJSC” şirkəti 2005-ci ildə təsis olunub. (İnterfaks)