«Bakı Kristal Zalı» MMC «Dövlət satınalmaları haqqında» Qanuna uyğun olaraq 2020-ci ilin tələbatı üçün təmir-bərpa işlərinin satın alınması məqsədilə açıq tender elan edib.
Eləcə də bax: 191 milyon manat kapitalı var, bir ildə - CƏMİ 2 MİN MANAT QAZANIB
FED.az xəbər verir ki, tender iştirakçıları www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olaraq və tender haqqında ətraflı məlumatı əldə eedə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə bilərlər.
Tender 1 LOT üzrə keçirilir:
LOT-1: "Bakı Kristal Zalı” MMC İdman-Konsert Kompleksi Mətbuat Mərkəzinin korroziyaya uğramış sahəsi 5200 m2 dam örtüyünün dəyişdirilməsi, binanın perimetri boyu parapetin korroziyaya uğramış metal konstruksiyanın təmiri və rənglənməsi, günəşdən qoruyucu yararsız halda olan metal jalüzlərin bərpası və dəyişdirilməsi işlərinin satın alınması.
Xatırladaq ki, bir qədər əvvəl «Bakı Kristal Zalı» MMC İdman-Konsert kompleksi 2019-cu il əzrə hesabatına açıqlamışdı. Məlum olub ki, ümumi aktivləri 191 milyon manat olan təşkilat 2019-cu il 7,6 min manat mənəfətlə başa vurub.
Yeni tender haqqında məlumat
İştirak haqqı: 600 manat
Kapital Bank Mərkəz Filialı
Kod: 200026
Bankın VÖEN-i: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T.BIK: AIIBAZ2XXXX
"Bakı Kristal Zalı” MMC
Hesablaşma hesabı: AZ47AIIB38090019440442574102
VÖEN: 1701377101
Təkliflər Azərbaycan dilində tərtib olunmalıdır və Portala 29 iyul 2020-ci il saat 10:00-a qədər qəbul olunur.
Zərflərin açılma tarixi 30 iyul saat 10:00.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Bayıl massivi, Dövlət Bayrağı Meydanı.
Ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs Teymur Hüseynova müraciət etmək olar.
Telefon: (012) 404 31 52 (daxili 210)
e-mail: [email protected]
Tender komissiyası