2021-ci ildə Göygöl rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 887 min 137 manat məbləğində 16 tender keçirilib.
Eləcə də bax: Qubada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 7 tenderə 1 milyon 719 min 336 manat xərcləyib. Göygöl Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi “Ərdagı” MMC olub (854 min 994 manat). Ümumiyyətlə rayon üzrə bütün dövlət satınalmalarının 76 %-i "Ərdagı" MMC-nin payına düşür (1 milyon 445 min 209 manat).
Göygöl Rayon Mərkəzi Xəstəxanası 2021-ci ildə 7 tender keçirib ki, qaliblərə 127 min 954 manat ödənilib. Ən böyük tenderin qalibi “Semra Selin” MMC olub (35 min 510 manat).
FED.az 2021-ci ildə Göygöl rayonunda keçirilən tenderləri təqdim edir: