Göyçay Rayon İcra Hakimiyyəti “Göyçay şəhərinin H.Əliyev prospekti və M.Ə.Rəsulzadə küçəsində görüləcək abadlıq işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Ricon” MMC olub. Şirkətlə 311 min 700 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl 363 min 709 manat dəyərindəki Təhsil Nazirliyinin Təsərrüfat Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 və 12 nömrəli xüsusi internat məktəb binalarının cari təmiri və abadlıq işlərinin satınalınması” tenderi üzrə müqavilə imzalanıb (08.12.2022) .